Cənubi Koreyanın Muju şəhərində parataekvondo üzrə ən reytinqli idmançıların mübarizə apardığı Qran-pri turniri keçirilib.
“Neftçi” İdman Klubunun yetirməsi, K44 kateqoriyasında və 58 kq çəki dərəcəsində çıxış edən Sabir Zeynalov yarışda böyük uğura imza atıb. Təmsilçimiz 1/4 finalda yaponiyalı Mitsuya Tanakanı, yarımfinalda isə tayvanlı Xianq Veni məğlub edərək finala yüksəlib. O, həlledici qarşılaşmada braziliyalı Qustavo Ruppelə də qalib gələrək turnirin qızıl medalına sahib olub.
