• Sentyabr 1, 2026
  • Redactor Neftchi
  • 0

Görkəmli ictimai-siyasi xadim Qənirə Paşayevanın əziz xatirəsinə həsr olunan III Beynəlxalq Reytinqli Şahmat Turniri başa çatıb. Azərbaycan Şahmat Federasiyası, “Nəfəs” İctimai Birliyi və “Məmmədyarovlar” Şahmat Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən yarışda əsas kateqoriya ilə yanaşı, 8, 10, 12 və 14 yaş qrupları üzrə oğlan və qız şahmatçılar da mübarizə aparıblar.
“Neftçi” İdman Klubunun kiçikyaşlı şahmatçısı Aminə Amanzadə bu turnirdə də uğurlu çıxışını davam etdirib. Belə ki, təmsilçimiz 8 yaşadək qızlar arasında keçirilən yarışın qalibi olub.