• May 31, 2026
  • Redactor Neftchi
  • 0

“Neftçi” İdman Klubunun təmsilçisi Lamiyə Vəliyeva Monakoda keçirilən atletika üzrə Avropanın kiçik ölkələrinin çempionatında (European Challenger Championships Monaco-2026) 2 medala sahib olub.

Atletimiz 100 metr məsafəyə qaçışda 11.91 saniyə göstərici ilə ikinci yeri tutub. O, milli komandanın heyətində İsveç estafetində isə bürünc medala layiq görülüb.

Qeyd edək ki, Kiçik Avropa Dövlətləri Atletika Assosiasiyasının təşkilatçılığı və Avropa Atletikasının dəstəyi ilə baş tutan yarışda 17 ölkədən 300-ə yaxın idmançı mübarizə aparıb.