“Neftçi” İdman Klubunun atleti Nazim Babayev Özbəkistanın Daşkənd şəhərində keçirilən açıq Mərkəzi Asiya çempionatında uğurlu çıxış edib. Təmsilçimiz uzunluğa tullanma üzrə yarışda 7.46 metr nəticə göstərərək çempionatın gümüş medalına layiq görülüb.