“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun final oyunu keçirilib. Həlledici görüşdə “Neftçi” “Xəzri” komandası ilə qarşılaşıb. Çox maraqlı və gərgin mübarizə şəraitində keçən oyuna “Xəzri” üstün başlayıb və hesabda 10 xal fərqi ilə üstünlük əldə edib. Lakin sonradan möhtəşəm geridönüş etməyi bacaran komandamız yekunda 65-61 hesablı qələbə qazanıb və Azərbaycan Kubokunun sahibi olub.
Final qarşılaşmasının ən dəyərli oyunçusu (MVP) “Neftçi” dən Ulaş Turqut seçilib. Ən məhsuldar basketbolçular “Neftçi”dən Ulaş Turqut (15 xal, 8 ribaund), “Xəzri”dən isə Cordan Perkins (15 xal, 13 asist) seçilib.