Kişi voleybolçular arasında Azərbaycan çempionatında bürünc medal uğrunda görüş keçirilib. “Neftçi” üçüncü yer uğrunda qarşılaşmada MOİK-lə üz-üzə gəlib. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan oyunda komandamız rəqibi üzərində 3:0 (25:11, 25:15, 25:13) hesablı qələbə qazanıb və çempionatın bürünc medalına sahib olub.