Futzal üzrə Yüksək Liqada II dövrəyə start verilib.
Altıncı turun ilk oyununda medallara iddialı iki komanda – “Neftçi və “Baku Fire” üz-üzə gəlib. Bakı İdman Sarayında baş tutan qarşılaşma gərgin mübarizə şəraitində keçib. Qələbəyə iddialı olan hər iki tərəfin qarşılıqlı cəhdlərinə baxmayaraq, sonda qalib müəyyənləşməyib və görüş 5:5 hesablı bərabərliklə yekunlaşıb.
Komandamızın heyətində Fərid Atakişiyev (1:20, 21:33), Ülvi Əliyev (15:16), Şoruş Heydəri (21:09) və Namiq Məmmədkərimov (26:58) fərqləniblər.