“Neftçi” basketbol komandası bu gün FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk oyununa çıxıb. H qrupunda yer alan təmsilçimiz səfərdə Yunanıstanın “Mikonos” kollektivi ilə üz-üzə gəlib. Matç rəqibin 78:58 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, H qrupunda “Neftçi”, “Mikonos” (Yunanıstan), “Oradya” (Rumıniya), “Friburq Olimpik” (İsveçrə), VEF (Latviya) və “Lokomotiv” (Plovdiv, Bolqarıstan) komandaları mübarizə aparırlar.




