Bu gün futzal üzrə Azərbaycan Kubokunun final oyunu keçirilib. Həlledici qarşılaşmada Yüksək Liqada mövsümün gümüş medalçısı olan “Neftçi” son çempion “Araz-Naxçıvan”la üz-üzə gəlib. Bakı İdman Sarayında reallaşan və gərgin mübarizə şəraitində keçən matç komandamızın 5:3 hesablı qələbəsi ilə başa çatıb və “Neftçi” tarixində səkkizinci dəfə Azərbaycan Kubokunun qalibi olub.
Bundan əlavə, “Neftçi”nin oyunçusu Markus Vinicius “Matçın ən yaxşı futzalçısı” nominasiyasının qalibi adını qazanıb.
Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Tədbirdə Markus Viniciusa xatirə hədiyyəsi, “Neftçi”nin üzvlərinə qızıl medallar, həmçinin “Neftçi” komandasına Azərbaycan kuboku təqdim olunub.
Qeyd edək ki, bu, indiyədək Azərbaycanda keçirilən sayca 30-cu ölkə kuboku olub. Bu illər ərzində “Neftçi” komandası hamıdan çox – 7 dəfə (1994/1995, 1995/1996, 2009/2010, 2012/2013, 2013/2014, 2016/2017, 2021/2022) kubokun qalibi adına yiyələnib.















