• May 20, 2026
  • Redactor Neftchi
  • 0

Abşeron Olimpiya İdman Kompleksində kişilər arasında cüdo üzrə Liqa yarışının II turu keçirilib. Turnirdə 44 klub və idman cəmiyyətini təmsil edən 214 idmançı 7 çəki dərəcəsi üzrə medallar uğrunda yarışıb.
“Neftçi” İdman Klubunun cüdoçularından Nəriman Mirzəyev (73 kq) bütün rəqiblərinə qalib gəlib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bahadır Feyzullayev (60 kq) və Nahid Tarquliyev (81 kq) isə bürünc medala layiq görülüblər.
Qeyd edək ki, bu il kişilər arasında Liqa yarışının 3 turunun keçirilməsi planlaşdırılır. Turların yekununa əsasən idmançıların reytinq siyahısı formalaşacaq.