• Sentyabr 25, 2026
  • Redactor Neftchi
  • 0

“Neftçi” İdman Klubunun boksçuları Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında böyük uğura imza ataraq 1 qızıl və 1 gümüş medala sahib olublar.Təmsilçilərimizdən Səidcəmşid Cəfərov (75 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, həlledici final qarşılaşmasında rusiyalı İsmayıl Mutsolqovu 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edərək Avropa çempionu olub.

Klubun digər boksçusu Nəbi İsgəndərov (70 kq) isə mötəbər turniri gümüş medalla başa vurub.