• Sentyabr 25, 2026
  • Redactor Neftchi
  • 0

Məlum olduğu kimi, 4–11 oktyabr tarixlərində Bakı cüdo üzrə böyüklər arasında dünya çempionatına ev sahibliyi edəcək. Milli Gimnastika Arenasında keçiriləcək yarışda fərdi mübarizələr 4–10 oktyabr, qarışıq komanda yarışları isə 11 oktyabr tarixində baş tutacaq.
İlin ən mötəbər cüdo turnirində Azərbaycanı 12 çəki dərəcəsində 23 cüdoçu (17 kişi və 6 qadın) təmsil edəcək. Onlardan 11-i (9 kişi, 2 qadın) “Neftçi” İdman Klubunun yetirmələridir.
Klubun kişi cüdoçularından Balabəy Ağayev, Əhməd Yusifov (hər ikisi 60 kq), Ruslan Paşayev (66 kq), Hidayət Heydərov (73 kq), Zelim Tçkaev, Ömər Rəcəbli (hər ikisi 81 kq), Elcan Hacıyev, Süleyman Şükürov (hər ikisi 90 kq), Uşanqi Kokauri (+100 kq), qadınlardan isə Könül Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) mundialda ölkəmizin şərəfini qoruyacaqlar.