• Oktyabr 13, 2026
  • Redactor Neftchi
  • 0

“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ikinci oyununa çıxır. H qrupunda yer alan təmsilçimiz “Sərhədçi” İdman Mərkəzində Latviyanın “VEF Riga” kollektivini qəbul edəcək. Bakı vaxtı ilə saat 19:00-da başlayacaq qarşılaşma “İdman TV” vasitəsilə canlı yayımlanacaq.