“Neftçi SOCAR” 3×3 basketbol komandası Dünya Qadın Seriyasının Bakı mərhələsində mübarizəni dayandırıb. Təmsilçimiz 1/4 finalda Sloveniya yığması ilə qarşılaşıb. Görüş rəqibin 13:10 hesablı qələbəsi ilə sona yetib.
Qeyd edək ki, “Neftçi SOCAR” bundan əvvəl qrup mərhələsində iki oyun keçirib. Komandamız Çexiyanın “Praqa” klubuna 18:14 hesabı ilə qalib gəlib, Litva millisinə isə 16:21 hesabı ilə məğlub olub və bu nəticələrdən sonra 1/4 finala yüksəlib.
Sloveniya ilə qarşılaşmadakı məğlubiyyətdən sonra “Neftçi SOCAR” Bakı mərhələsində çıxışını başa vurub.
