Gürcüstanın Qori şəhərində 17 yaşadək boksçular (U-17) arasında beynəlxalq turnir keçirilib. Yarışda 5 ölkənin idmançıları medallar uğrunda mübarizə aparıb.
“Neftçi” İdman Klubunun boksçuları turnirin 5 medalını (2 qızıl, 3 gümüş) qazanıblar. Təmsilçilərimizdən Yusif Həsənli (66 kq) və Şükar Əliyev (80 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız həlledici final görüşündə məğlub olan Əli Camalzadə (57 kq), Yusif Ağakişiyev (75 kq) və Mehran Rəsulov (+80 kq) isə yarışı gümüş medalla başa vurublar.
