“Neftçi” İdman Klubu və Sosial İnkişaf İdarəsinin birgə təşkilatçılığı ilə SOCAR-ın müəssisələri və birgə müəssisələrin işçiləri arasında üzgüçülük idman növü üzrə yarış keçirilib. “Astoriya” Fitnes və Spa Mərkəzinin hovuzunda təşkil olunan turnirdə 11 komandadan 50-yə yaxın iştirakçı mübarizə aparıb. Yarış kişi və qadınlar arasında ayrılıqda sərbəst üzmək üsulu ilə şəxsi, komanda və qarışıq komanda hesabında keçirilib. Neftçilər 50 metr məsafəyə üzməklə yarışıblar.

Turnirin keçirilməsində əsas məqsəd Gənclər və İdman Nazirliyi tərəfindən keçiriləcək ümumrespublika yarışlarında iştirak etmək üçün üzgüçülük üzrə SOCAR-ın yığma komandasının heyətini müəyyən etmək idi.

Şəxsi və komanda yarışlarında I, II, III yeri tutmuş idmançılar “Neftçi” İdman Klubu tərəfindən diplom, medal və qiymətli xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Qalib və mükafatçıları təqdim edirik:

Qadınların şəxsi yarışı

I yer

Zərifə Vəliyeva“SOCAR Polymer” MMC

II yer

Nəzrin Şahməmmədli(Bakı Ali Neft Məktəbi)

III yer

Elvira Tahirova(Bakı Ali Neft Məktəbi)

Kişilərin şəxsi yarışı

I yer

Rəşad Rəhimov(SOCAR Downstream)

II yer

Pyotr Kuvşinov(Bakı Ali Neft Məktəbi)

III yer

Ağasəf Abdullayev(SOCAR Downstream)

Kişi komandası

I yer

Bakı Ali Neft Məktəbi

(Tural İbrahimov, Ruslan Nərimanov, Pyotr Kuvşinov, Elsevər Səlimov)

II yer

“SOCAR Polymer” MMC

(Famil Məmmədov, Vüqar Əhmədli, Samir Cavadov, NəsimiZərbəliyev)

III yer

Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi

(Şəfi Sultanov, Nicat Həmidov, Hümbət Rüstəmov, Nəsir Seyfullayev)

Qarışıq komanda yarışı

I yer

Bakı Ali Neft Məktəbi

(Ruslan Nərimanov, Gülşən Cabbarzadə, Nəzrin Şahməmmədli, Pyotr Kuvşinov)

II yer

“SOCAR Polymer” MMC

(Samir Cavadov, Vüqar Əhmədli, İlahə Hacıyeva, Zərifə Vəliyeva)

III yer

“Azərkimya” İB

(Anar Atakişiyev, Pərvin Rüstəmov, Zərifə Məmmədova, Nərgiz İbrahimova)