Boksçumuz Nəbi İsgəndərov Bolqarıstanda bürünc medal qazanıb
“Neftçi” İdman Klubunun boksçusu Nəbi İsgəndərov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən beynəlxalq “Strandja” turnirində mükafata layiq görülüb. Altmış yeddi kiloqram çəkidə çıxış edən idmançımız yarışın bürünc medalını qazanıb.
