İsmayıl Rzayev “Çempionlar” turnirində üçüncü olub
Türkiyənin Antalya şəhərində keçirilən gənclər (U-20) arasında “Çempionlar” turnirinə yekun vurulub. “Neftçi” İdman Klubunun 97 kiloqram çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçisi İsmayıl Rzayev yarışın bürünc medalına layiq görülüb.
