Yaponiyanın Kobe şəhərində keçirilən paraatletika üzrə dünya çempionatı davam edir.
“Neftçi” İdman Klubunun paraatleti Səid Nəcəfzadə mötəbər yarışda böyük əzmkarlıq nümayiş etdirərək yüksək nailiyyət qazanıb. Təmsilçimiz T12 kateqoriyasında uzunluğa tullanma üzrə yarışmada 7.30 metr nəticə göstərərək dünya çempionu olub.
Qeyd edək ki, daha əvvəl Avropa çempionu olan idmançımız ilk dəfə mundialda qızıl medala sahib olub. O, ötən il Parisdə təşkil olunan dünya çempionatında bürünc medala yiyələnib. Səid Nəcəfzadə Tokio Paralimpiadasının bürünc medalçısıdır.
Xatırladaq ki, iki gün əvvəl klubumuzun xanım paraatleti Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış üzrə yarışda qızıl medal qazanmışdı.