“Neftçi” İdman Klubunun parataekvondoçuları Almaniyanın Nürnberq şəhərində keçirilən “Prezident Kuboku” turnirində 1 qızıl və 2 gümüş medala sahib olublar. Paralimpiyaçılarımızdan Sabir Zeynalov (58 kq) bütün rəqiblərini məğlub edərək turnirin qalibi olub. İmaməddin Xəlilov (70 kq) və Amin Əliyev (63 kq) isə bürünc medala layiq görülüblər

Qeyd edək ki, turnir Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırırdı.

Xatırladaq ki, bugünlərdə İtaliyanın paytaxtı Romada keçirilən və dünyanın ən reytinqli parataekvondoçularının mübarizə apardığı Qran-pridə də idmançılarımız uğurlu çıxış etmişdilər: Sabir Zeynalov qızıl, İmaməddin Xəlilov isə bürünc medal əldə etmişdi.