Bakı Atıcılıq Mərkəzində gənclər arasında güllə atıcılığı üzrə respublika birinciliyi keçirilib.
Yarışda 10 metr məsafəyə atəşaçmada (PTÇ-3) “Neftçi” İdman Klubunun yetirmələrindən Oleq Kerjankin 566 xalla Azərbaycan çempionu olub. Daniel Kalmıkov (546 xal) gümüş, İdris Qarayev (541 xal) isə bürünc medal qazanıb. Eyni növdə qarışıq komanda (MİX) yarışında Xalidə Əliyeva-İmran Qarayev cütlüyü turnirin qalibi olub. Leyli Əliyeva və Oleq Kerjankindən ibarət cütlük isə ikinci yeri tutub.
Leyli Əliyeva 25 metr məsafəyə çalışmada (KÇTÇ) da uğurlu çıxış edib və 546 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.









