“Neftçi” İdman Klubunun paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən açıq Avropa çempionatında qızıl medala yiyələnib. İdmançımız 100 metr məsafəyə arxasıüstə üzmə üsulunda bütün rəqiblərini qabaqlayaraq finişə birinci çatıb və fəxri kürsünün ən ən yüksək pilləsinə qalxıb.