“Neftçi” İdman Klubunun on iki yaşlılardan ibarət (U-12) futbol komandası “Sabahın ulduzları” paytaxt çempionatında növbəti qələbəyə imza atıb. Bakı Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə təmsilçimiz “İnter Bakı” komandasını 6:0 hesabı ilə məğlubiyyətə uğradıb. Kiçikyaşlı futbolçularımızdan Mikayıl Əsədov iki dəfə, Davut Qasımov, Elmin Mustafazadə, Qasım Məmmədzadə və Elcan Qarayev isə hərəyə bir dəfə fərqləniblər.