Bu gün futzal üzrə Yüksək Liqada XX turun və 2025-2026-cı illər mövsümünün sonuncu oyunu keçirilib.
Bakı İdman Sarayında təşkil olunan qarşılaşmada “Neftçi” “Araz-Naxçıvan”la üz-üzə gəlib. Mövsümün çempionunun adına aydınlıq gətirən görüş çox maraqlı və gərgin mübarizə şəraitində keçib. Yekunda komandamız güclü rəqibinə 2:5 hesabı ilə məğlub olub və Azərbaycan Çempionatının gümüş medalına layiq görülüb.
Qeyd edək ki, hər iki komanda eyni xala malik olsa da, əlavə göstəricilərə görə mövsümün qalibi “Araz-Naxçıvan” komandası olub.















