Futbol üzrə Birinci Liqada VII turun oyunlarına bu gün keçirilən “Qaradağ Lökbatan” – MOİK qarşılaşması ilə yekun vurulub.
“Neftçi” Futbol Mərkəzində təşkil olunan və gərgin mübarizə şəraitində keçən oyunda qalib müəyyənləşməyib. Tərəflərin qarşılıqlı cəhdlərinə baxmayaraq, görüş 1:1 hesablı bərabərliklə sona yetib. “Qaradağ Lökbatan”ın heyətində tarazlığı bərpa edən yeganə qola matçın 76-cı dəqiqəsində Murad Qayalı imza atıb.