Futbol üzrə Birinci Liqada XXIV turun oyunları sona yetib.
“Qaradağ Lökbatan” bu turda “Araz Saatlı”nı qəbul edib. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının stadionunda baş tutan görüş təmsilçimizin 3:1 hesablı qalibiyyətilə başa çatıb. Oyunun 9-cu dəqiqəsində Xəlil Bəşirov komandamızı önə çıxarıb. Rayan Quibero 19-cu dəqiqədə hesab arasındakı fərqi ikiyə çatdırıb. Xəlil Bəşirov 26-cı dəqiqədə özünün ikinci, komandasının isə üçüncü qoluna imza atıb – 3:0. Qarşılaşmanın 27-ci dəqiqəsində rəqibin heyətində Rəvan Əvəzov təsəlli qolunu vurub. İkinci hissədə qapılara qol vurulmayıb və oyun komandamızın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, “Qaradağ Lökbatan” hazırda 52 xalla turnir cədvəlində liderliyini davam etdirir.