Bu gün futbol üzrə Birinci Liqada XVI turun oyunlarına yekun vurulub.Bu turda “Qaradağ Lökbatan” səfərdə “Araz Saatlı” ilə üz-üzə gəlib. Saatlı Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunan görüş təmsilçimizin 2:0 hesablı qələbəsi ilə sona yetib. “Qaradağ Lökbatan”ın heyətində Seyxan Fərəcov dubla imza atıb.