Futbol üzrə Azərbaycan çempionatının II Liqasında V turun oyunları başa çatıb. Tur çərçivəsində “Qaradağ Lökbatan” komandası “Difai”nin qonağı olub.
“Palms Sports” Futbol Mərkəzinin IV meydançasında baş tutan matçda Amit Quluzadənin rəhbərlik etdiyi kollektiv rəqibini 4:2 hesabı ilə məğlubiyyətə uğradıb.
Komandamızın heyətində Sabir Allahquliyev dubl edib (82, 85). “Qaradağ Lökbatan”ın digər qollarına isə Tural Axverdiyev (10) və Əjdər Hacılı (90) imza atıblar. Meydan sahiblərinin təsəlli qollarını isə Ayxan Qaracayev (41) və Elvin Qurbanov (78) vurublar.






