• Oktyabr 1, 2026
  • Redactor Neftchi
  • 0

“Neftçi” basketbol komandası bu gün FIBA Avropa Kubokunun təsnifat mərhələsində Estoniyanın “Parnu” kollektivi ilə cavab oyununa çıxıb. Səfərdə keçirilən qarşılaşma rəqibin 73:61 hesablı qələbəsi ilə sona yetib.

Xatırladaq ki, “Neftçi” Bakıda baş tutan ilk görüşdə rəqibini 80:67 hesabı ilə məğlub etmişdi.Beləliklə, təmsilçimiz iki oyunun ümumi nəticəsinə əsasən, üstünlük əldə edərək əsas mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, komandamız FIBA Avropa Kubokunun əsas mərhələsinin H qrupunda “Oradya” (Rumıniya), “Fribur Olimpik” (İsveçrə), VEF (Latviya), “Mikonos” (Yunanıstan) və “Lokomotiv” (Plovdiv, Bolqarıstan) komandaları ilə mübarizə aparacaq.