Futbol üzrə Birinci Liqada V turun oyunları davam edir. 

Bu tur çərçivəsində “Qaradağ Lökbatan” “Zaqatala”nı qəbul edib. “Neftçi” Futbol Mərkəzində təşkil olunan qarşılaşmada komandamız rəqibinə 2:1 hesabı ilə qalib gəlib. “Qaradağ Lökbatan”ın heyətində Urfan İsmayılov (54′) və Mehdi Tahirov (81′)  adlarını tabloya yazdırıblar.