Azərbaycan Texniki Universitetinin idman zalında keçirilən qılıncoynatma üzrə ölkə çempionatına yekun vurulub.

“Neftçi” İdman Klubunun təmsilçiləri də yarışda bacarıqlarını nümayiş etdiriblər. Qılıncoynadanlarımızdan Murad Əkbərov sablya növündə bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionluğunun sevincini yaşayıb. Səbinə Kərimova isə xanım idmançılar arasında üçüncü yeri tutub.
Şpaqaçıların mübarizəsində isə təmsilçimiz Ruslan Həsənov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Barat Quliyev isə ölkə çempionatını bürünc medalla başa vurub.