Azərbaycan Texniki Universitetinin İdman Sarayında qılıncoynatma üzrə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş turnir keçirilib.
“Neftçi” İdman Klubunun yetirmələrindən Ləman Məmmədova sablya növündə on yaşadək idmançılar (U-10) arasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nərmin Abdullazadə və Fatimə Şükürlü isə on dörd yaşadək idmançıların (U-14) mübarizəsində üçüncü yeri tutublar.