“Neftçi” İdman Klubunun cüdoçusu Elcan Hacıyev Portuqaliyanın Odivelaş şəhərində keçirilən Qran-pri turnirində uğurla çıxış edərək mükafata layiq görülüb. Doxsan kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız üçüncü yer uğrunda qarşılaşmada israilli Quy Qurevitçə qalib gələrək bürünc medala sahib olub. Xatırladaq ki, daha əvvəl klubumuzun digər cüdoçusu Yaşar Nəcəfov (66 kq) turnirin gümüş medalını qazanıb.