“Neftçi” İdman Klubunun təmsilçisi Raman Saley paraüzgüçülük üzrə dünya çempionatını 4 medalla (1 qızıl, 1 gümüş və 2 bürünc) başa vurub.
Sinqapurda keçirilən paraüzgüçülük üzrə dünya çempionatında mübarizə aparan Raman Saley (S12 kateqoriyası) bu gün sonuncu çıxışını edib. O, 100 metr məsafəyə sərbəst üzmə üsulunda 54.01 nəticə ilə bürünc medala layiq görülüb.
Qeyd edək ki, paralimpiyaçımız daha əvvəl 100 metr məsafəyə arxası üstə üzmə üsulunda 1:01.58 nəticə ilə qızıl, 50 metr məsafəyə sərbəst üzmə üsulunda 24.27 nəticə ilə gümüş, 100 metr məsafəyə “butterfly” (kəpənək) üzmə üsulunda isə 58.17 nəticə ilə bürünc medala sahib olmuşdu.