“Neftçi” İdman Klubunun sərbəst güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatına iki medalla start veriblər. Azərbaycan millisinin heyətində yer alan idmançılarımızdan Kənan Heybətov (70 kq) gümüş, Murad Haqverdiyev (65 kq) isə bürünc medala layiq görülüb.