Bakıda iyirmi üç yaşadək (U-23) güləşçilər arasında keçirilən Avropa çempionatı davam edir. Bakı İdman Sarayında təşkil olunan yarışda “Neftçi” İdman Klubunun sərbəst güləşçisi Kənan Heybətov inamla çıxış edərək fəxri kürsüdə yer alıb. Yetmiş kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən idmançımız həlledici final görüşündə rusiyalı İnalbek Şeriyevə məğlub olub və qitə çempionatının gümüş medalına layiq görülüb.Xatırladaq ki, daha əvvəl klubumuzun yunan-Roma güləşçilərindən Ziya Babaşov (63 kq), Xasay Həsənli (77 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Nihad Quluzadə (60 kq) gümüş, Rəşad Məmmədov (55 kq) isə bürünc medal qazanıb. Qadın güləşçilərimizdən Jalə Əliyeva (57 kq) dünya çempionu olub. Ruzanna Məmmədova (59 kq) isə üçüncü yeri tutub.