• May 17, 2026
  • Redactor Neftchi
  • 0

İdman Akademiyasının stadionunda 2009-2010-cu il təvəllüdlü idmançılar arasında atletika üzrə Bakı Birinciliyi keçirilib.

“Neftçi” İdman Klubunun təmsilçiləri yarışın 5 medalını əldə ediblər. Atletlərimizdən Bülbül Babayev hündürlüyə tullanma yarışında paytaxt birinciliyinin qalibi olub. Marqarita Qornostaeva nizə atmada gümüş medal qazanıb. Alina Maksimova və İbrahim Bəndərli nüvəitələmə, Nicat Məmmədov isə üçtəkanla tullanma yarışında üçüncü yeri tutub.