“Neftçi” İdman Klubunun sərbəst güləşçiləri Rusiyanın Vladiqafqaz şəhərində “Xadartsev qardaşlarının kuboku” yarışında uğurla çıxış ediblər. Təmsilçilərimizdən Zirəddin Bayramov (70 kq), Arseniy Djioyev (86 kq) və Giorgi Meşvildişvili (125 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qeyd edək ki, sərbəst güləşin əfsanələri Aslan və Maxarbek Xadartsev qardaşlarının xatirəsinə həsr olunan yarışda 10-a yaxın ölkədən 100-dən çox idmançı mübarizə aparıb.
