• Sentyabr 6, 2026
  • Redactor Neftchi
  • 0

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı altında Veloparkda dövlət qurumlarının əməkdaşları arasında velosiped yarışı keçirilib. Turnirdə 8 dövlət qurumundan ümumilikdə 18 iştirakçı (6 qadın, 12 kişi) mübarizə aparıb.

Kişilər arasında baş tutan yarışda SOCAR komandasını təmsil edən “SOCAR Polymer” Zavodunun əməkdaşı Rüstəm Rüstəmov üçüncü yeri tutub.