Monteneqronun Budva şəhərində keçirilən Avropa çempionatında lövhələr üzrə ən çox xal toplayan şahmatçılar müəyyənləşib.
Azərbaycan yığmasının üzvlərindən Günay Məmmədzadə, Gülnar Məmmədova və Xanım Balacayeva fərdi nəticələrə əsasən, lövhələr üzrə ikinci olmaqla gümüş medala layiq görülüblər.
Qeyd edək ki, Gülnar Məmmədova “Neftçi” İdman Klubunun yetirməsidir.
Xatırladaq ki, qadın şahmatçılardan ibarət Azərbaycan yığması komanda yarışında tarixdə ilk dəfə Avropa çempionatının gümüş medalına layiq görülüb.