Gənclər və İdman Nazirliyi və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında stend atıcılığı üzrə yarış keçirilib. Bakı Atıcılıq Mərkəzində baş tutan turnirə 12 dövlət qurumundan 28 iştirakçı qatılıb.
Kişilər arasında təşkil olunan yarışda SOCAR-ın təmsilçisi Röyal Allahverdiyev (Əli Əmirov adına Neft və Qazçıxarma İdarəsi) bütün rəqiblərini üstələyərək turnirin qalibi olub.