Dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə üzrə yarış keçirilib. Turnirdə 9 dövlət qurumundan 29 iştirakçı (23 kişi, 6 qadın) qalib adı uğrunda mübarizə aparıb.

SOCAR komandasının təmsilçilərindən kişilərin fərdi yarışında Ehtibar Əsədov qızıl, Elşad Kərimov (hər ikisi “Azneft” İB-nin Dalğıc Xidmətinin xilasedici matrosları) isə bürünc medal qazanıb. Kişilərin komanda yarışında Ehtibar Əsədov-Elşad Kərimov cütlüyü üçüncü yeri tutub. Qarışıq komanda yarışında isə Ehtibar Əsədov və İlahə Hacıyevadan (“SOCAR Polymer” MMC, ictimaiyyətlə əlaqələr üzrə böyük mütəxəssis) ibarət cütlük yarışın qalibi olub.