Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan dövlət qurumları arasında minifutbol turnirində qrup mərhələsinin üçüncü turunun oyunları keçirilib.
Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının təşkilati dəstəyi ilə 52 dövlət qurumunun komandalarının iştirakı ilə keçirilən yarışda bu gün SOCAR komandası Bakı Beynəlxalq Ticarət Limanının kollektivi ilə üz-üzə gəlib. Xətai rayonundakı “Azfar” stadionunda reallaşan və gərgin mübarizə şəraitində keçən qarşılaşmada qalib müəyyənləşməyib və matç 2:2 hesablı bərabərliklə yekunlaşıb. Təmsilçimizin heyətində Ramil Mansurov dubla imza atıb.