Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında şahmat yarışı keçirilib. Respublika Şahmat Mərkəzində təşkil olunan turnirdə 31 dövlət qurumundan 67 iştirakçı (56 kişi, 11 qadın) qalib adı uğrunda mübarizə aparıb.İsveçrə sistemi üzrə keçirilən yarışda SOCAR komandasının təmsilçisi Ülkər Maqsudova (Caspian Innovation Center) 7 turdan (3 qələbə, 2 heç-heçə, 2 məğlubiyyət) 4 xal toplayaraq qadınlar arasında üçüncü yeri tutub.