Bakıda qazax güləşi üzrə Avropa çempionatı keçirilib.
“Sərhədçi” İdman Mərkəzində təşkil olunan yarışda “Neftçi” İdman Klubunun təmsilçiləri böyük əzmkarlıq nümayiş etdirərək 4 qızıl medala sahib olublar. İdmançılarımızdan Hacalı Qasımov (74 kq), Adil Adilzadə (82 kq), Ceyhun Hüseynov (90 kq) və Məhəmməd Məmmədzadə (+100 kq) inamla çıxış edərək bütün rəqiblərini məğlub ediblər və Avropa çempionu tituluna sahib olublar.