Hövsan Olimpiya İdman Kompleksində MMA, pankration və qraplinq üzrə Azərbaycan birinciliyi və çempionatı keçirilib.”Neftçi” İdman Klubunun təmsilçiləri yarışı 9 medalla başa vurublar. MMA döyüşçülərimizdən Ayan Sonayeva (13-14 yaş; 55 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Məhərrəm Ömərli (16-17 yaş; 58 kq) isə üçüncü yeri tutub.Qraplinq yarışlarında Ayan Sonayeva (12-13 yaş; 47 kq) vəNizami Qafarov ( +21 yaş; 130 kq) bütün döyüşləri qələbə ilə başa vuraraq qızıl medala layiq görülüblər. Xəlil Sanayev (10-11 yaş; 36 kq) gümüş, Əhməd Əliyev (16-17 yaş; 58 kq), Həsən Əhmədzadə (16-17 yaş; 63 kq), Fərid Cəfərli (14-15 yaş; 73 kq) və Araz Aslanbəyli (+21 yaş; 92 kq) isə bürünc medala layiq görülüblər.