Taekvondo üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub.
Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçirilən yarışda Azərbaycanın müxtəlif şəhər və rayonlarını təmsil edən klub və cəmiyyətlərin idmançıları mübarizə aparıblar.Yarışda uğurlu çıxış edən “Neftçi” İdman Klubunun yetirməsi Mehdi Budaqlı (58 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub. Klubun digər təmsilçisi Enes Məmmədzadə (57 kq) isə fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.

