Bu gün futzal üzrə Yüksək Liqada VII turun oyunlarına “Araz-Naxçıvan” – “Neftçi”qarşılaşması ilə start verilib. “Olimpik Star”da təşkil olunan turun mərkəzi oyununda hər iki tərəf qələbəyə iddialı olduğundan matç olduqca gərgin keçib. Güclü rəqibindən daha üstün oyun sərgiləyən təmsilçimiz “Araz-Naxçıvan” üzərində 6:3 hesablı əzmkar qələbə qazanıb.
Bununla da Hacıbala Abdullazadənin yetirmələri xallarının sayını 14-ə çatdırıb və turnir cədvəlinin ikinci pilləsinə yüksəlib.
Qeyd edək ki, bu, “Araz-Naxçıvan” komandasının cari mövsümdəki ilk məğlubiyyətidir.