“Neftçi” İdman Klubunun on iki yaşlılardan ibarət (U-12) futbol komandası “Sabahın ulduzları” paytaxt çempionatında inamlı qələbə qazanıb. Bakı Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda təmsilçimiz “Ulduz” komandasına 10:4 hesabı ilə qalib gəlib.
Kiçikyaşlı futbolçularımızdan İbrahim Qurbanlı və Qasım Məmmədov hərəyə dörd dəfə, Elmin Mustafazadə isə iki dəfə fərqlənib.