Şağan Olimpiya İdman Kompleksində uşu-sanda üzrə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş respublika turniri keçirilib.
Yarışa 8 idmançı ilə qatılan klubumuzun yetirmələri uğurla çıxış edərək 6 medala (2 qızıl, 1 gümüş, 3 bürünc) sahib olublar. Təmsilçilərimizdən Emin Xancanlı (27 kq) və Fərman Rzazadə (65 kq) bütün döyüşləri qələbə ilə başa vuraraq turnirin qalibi adını qazanıblar. Digər idmançılarımızdan Sənan İsgəndərov (33 kq) gümüş, Ayaz Dadaşlı (24 kq), Hikmət Nəsrullazadə (48 kq), və Əbülfəz Yaqubov (56 kq) isə bürünc medala layiq görülüblər.